Əsas məzmuna keç

USQ-NİN PUA-LARININ AYLIQ İTKİLƏRİ HESABLANIB

Ukrayna Silahlı Qüvvələri (USQ) hər ay döyüşlərdə mindən 10 minədək pilotsuz uçuş aparatını (PUA) itirir.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” (WP) nəşri yazıb.

Qeyd olunur ki, Kiyevdə pilotsuz təyyarələrin itkisi ayda min olaraq qiymətləndirilir, lakin digər hesablamalara görə, Rusiya ordusu bu müddət ərzində 10 minə yaxın PUA-nı məhv edib.

Ukrayna baş nazirinin müavini Mixail Fedorov nəşrə bildirib ki, Kiyev daim pilotsuz uçan aparatları modernləşdirməyə, o cümlədən onların işinə süni intellekt texnologiyalarını tətbiq etməklə çalışır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…