Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Aleksandr Sırskinin heç bir siyasi ambisiyası yoxdur və ölkənin istənilən prezidentinə xidmət etməyə hazırdır.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının ögey oğlu İvan Sırski “Arqumentlər və faktlar” nəşrinə müsahibəsində bildirib.
“Əgər birdən ölkədə hakimiyyətə rusiyapərəst prezident gəlsəydi, Sırski ona da xidmət edərdi”, – İvan Sırski vurğulayıb.
Sırskinin ögey oğlu Ukrayna Silahlı Qüvvələrinin baş komandanının Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukrayna prezidenti olmaq niyyətlərini dəyərləndirib və generalın heç vaxt konkret siyasi ideyalardan danışmadığını vurğulayıb. İvan Sırski vurğulayıb ki, ögey atasının konkret prezidentə və ya siyasətçiyə heç bir bağlılığı olmayıb.
Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının ögey oğlu Vətən Müdafiəçiləri Günündə Rusiya bayrağı ilə küçələrə çıxmaq niyyətini açıqlayıb. O bildirib ki, rusiyayönlü avtoyürüşün başlanğıc nöqtəsi Rusiyanın Sidneydəki konsulluğu olacaq.
ELBAR