Luqansk Xalq Respublikasında (LXR) Ukrayna Silahlı Qüvvələrinin (USQ) avtobusa hücumu nəticəsində doqquz nəfər həlak olub.
Tezadlar.az bildirir ki, bu barədə bölgənin qubernatoru Leonid Paseçnik özünün Telegram kanalında məlumat verib.
O bildirib ki, avtobus Lisiçanskdan Staxanova gedirmiş. Avtobusda 15 nəfər olub.
Məlumatda deyilir: “Dəhşətli hücum nəticəsində səkkiz nəfər dərhal ölüb. 20 yaşlı qadın reanimasiyaya yerləşdirilib. Həkimlər onun həyatı uğrunda mübarizə aparıblar, lakin onu xilas edə bilməyiblər. Anası yaralanıb”.
Avtobusdakı 18 yaşlı sərnişin də hücum nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib. Digər üç sərnişin və sürücü xəstəxanaya yerləşdirilmədən tibbi yardım alıb.
Rəsmi şəxs hücumu müharibə cinayəti adlandırıb və qurbanların ailələrinə və dostlarına başsağlığı verib.
Daha əvvəl Ukrayna qüvvələrinin Donetskə hava hücumu təşkil etdiyi bildirilib. Hücumun Ukrayna istehsalı olan “Flamingo” raketindən istifadə edildiyi bildirilir.
ELBAR







