USQ Rusiya Regional Administrasiyasının binasına hücum edib

Oxunma sayı: 260

Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayəti hökumətinin binasına hücum edib.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Pilotsuz təyyarə binanın yuxarı hissəsinə çırpılıb. Ölən və yaralananlar olmayıb. Fövqəladə hadisə yerinə bütün təcili yardım xidmətləri gəlib.

Qladkov qeyd edib ki, Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri görülən maksimum təhlükəsizlik tədbirləri nəzərə alınmaqla plana uyğun keçirilir.

Xatırladaq ki, mayın 8-də Moskva vaxtı ilə saat 00:00-da Rusiya lideri Vladimir Putinin elan etdiyi xüsusi əməliyyatlar zonasında atəşkəs qüvvəyə minib. Bu, Qələbə Gününə təsadüf edir və üç gün, mayın 11-i saat 00:00-a qədər davam edəcək. Ukrayna prezidenti Vladimir Zelenski bayram tədbirləri zamanı atəşkəs təklifini rədd edib.

E.ŞİRİNOV

Xəbəri paylaş