Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


SHOT Telegram kanalı xəbər verir ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) kamikadze pilotsuz uçan aparatı traktorun üzərinə düşüb.
Hadisə bir gün əvvəl, aprelin 20-də Rusiya vilayətinin Sudjanski rayonunda baş verib. Sərhəddən bir kilometr məsafədə Guevo kəndi yaxınlığında USQ-nin naməlum yüklü pilotsuz təyyarəsi traktor yükləyicisinin üzərinə düşüb.
Yerli sakinlərdən heç birinin xəsarət almadığı dəqiqləşdirilir. Kənd təsərrüfatı texnikasından başqa dağıntı yoxdur.
E.ŞİRİNOV