Əsas məzmuna keç

USQ-YƏ MƏXSUS SU-25 TƏYYARƏSİ VURULUB

Rusiya Silahlı Qüvvələri (SQ) xüsusi əməliyyat zamanı Dnepropetrovsk vilayətindəki Dolqintsevo aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verilib.

“Dnepropetrovsk vilayətindəki Dolqintsevo aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsi vurulub”, – departamentdən bildirilib.

Onlar aydınlaşdırıblar ki, Nikolayev vilayətinin Malovarvarovka qəsəbəsi ərazisində ST-68U alçaq hündürlükdə hədəfi aşkarlayan və izləyən radar stansiyası məhv edilib.

Rusiya Silahlı Qüvvələrinin aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyası gün ərzində 127 rayonda USQ-nin şəxsi heyətini və texnikasını vurub.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…