
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Livanın mülki müdafiə mərkəzinə hücumu pisləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, X sosial səhifəsində yazıb.
“Baalbek bölgəsindəki Douresh kəndində Livanın mülki müdafiə mərkəzinə edilən və ən azı 12 tibb işçisinin ölümü ilə nəticələnən hücumu qınayırıq”, – təəssüfünü bildirib.
“Səhiyyə obyektlərinə hücumlar münaqişədə yeni normala çevrilir. Bu, hər yerdə dayandırılmalıdır”, – o əlavə edib.
E.ŞİRİNOV






