Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Təhlükəsizlik Xidməti üçün Rusiya Silahlı Qüvvələri bölmələrinin yerləşdiyi yerlər haqqında məlumat toplayan Zaporojye vilayətinin sakinləri günahlarını etiraf edib və əməllərindən peşman olublar.
Tezadlar.az xəbər verir ki, onların dindirilməsinin videosunu Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) yayıb.
“Sadəcə, bunun belə ağır cinayət olduğunu düşünmürdük. Onlarla əlaqə saxladığım üçün təəssüflənirəm”, – qadınlardan biri deyib. O, Ukrayna tərəfini dinləməməyi tövsiyə edib. “Onlar bura gələcəklər və ancaq bizimlə, uşaqlarımızla birlikdə bizi yer üzündən siləcəklər”, – məhbus əlavə edib. İkinci qadın da “səhv etdiyini” etiraf edib.
FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi tərəfindən daha əvvəl bildirilmişdi ki, cinayəti törədənlər Rusiya Silahlı Qüvvələri bölmələrinin şəxsi heyətinin və hərbi texnikasının yerləşdiyi yerlər barədə məlumatları toplayaraq Ukrayna tərəfinə ötürürmüş. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Zaporojye vilayəti üzrə İstintaq İdarəsi şübhəli şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb.
E.ŞİRİNOV