Əsas məzmuna keç

“Uzbekistan Airways” təyyarəsi Bakıda məcburi eniş edib

“Uzbekistan Airways” aviaşirkətinə məxsus, İstanbul–Ürgənc marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən, Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu göndərib.

Tezadlar.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Airbus A320 tipli təyyarə yerli vaxtla saat 17:26-da Bakı aeroportunda uğurla eniş edib.

Dərhal sonra tibbi xidmət heyət hadisə yerinə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurlar həyata keçirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…