Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, uzun fasilədən sonra mayın 26-da Azərbaycandan Gürcüstana ilk sərnişin qatarı çatacaq. Tezadlar.az Gürcüstan mediasına istinadla xatırladır ki, baş nazir bu barədə jurnalistlərə müsahibəsində bildirib. Baş nazir Gürcüstanla dəmir yolu sərnişin daşımalarını bərpa etmək qərarına gələn Azərbaycan tərəfinə təşəkkür də edib. Sitat: “Gürcüstanla dəmir yolu sərnişin daşımalarını bərpa etmək qərarını verən Azərbaycan tərəfinə təşəkkür edirəm. Uzun fasilədən sonra ilk sərnişin qatarı mayın 26-da Azərbaycandan Gürcüstana çatacaq. Bu, ölkələr arasında münasibətlərin inkişafı və turist axınının genişləndirilməsi baxımından çox vacibdir”.







