Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Sentyabr 2021 / 14:55

VƏTƏN MÜHARİBƏSİNİN TARİXİNİ TƏHRİF EDƏN MƏKTƏB DİREKTORUNUN ETİRAFI

Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən Müharibəsi” kimi səsləndirməsinə aydınlıq gətirib.

Direktor bildirib: “Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yaranıb. Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!