Türkiyədə yaşayan məşhur azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib.
Tezadlar.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:
“Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığımı və ya inancımı sorğulamağa haqqı yoxdur.
Paylaşımı bəyənmədiyi üçün mənə aid olmayan düşüncələri mənim adıma təqdim edən, tənqid həddini aşan təhqir və şəxsiyyət hüquqlarıma yönəlmiş hücumları qətiyyətlə rədd edirəm.
Bu proses çərçivəsində təhqir və şəxsiyyət hüquqlarının pozulması ehtimalı olan paylaşımlarla bağlı sübutlar toplanıb, bütün hüquqi və cinayət-hüquqi tədbirlərin görülməsi üçün vəkillərimə müraciət edilib. Məsul şəxslərlə bağlı qərarı Türkiyə məhkəməsi verəcək.
Bundan əlavə, bu prosesin sonunda əldə ediləcək vəsaiti və təyin olunacaq təzminatları uşaqların təhsilinə dəstək məqsədilə Darüşşafaka Cəmiyyətinə və Türk Təhsil Fondunun vəqfinə bağışlayacağımı ictimaiyyətə bildirirəm.
Kimliyim, inancım və dəyərlərim üzərindən aparılan heç bir hörmətsizləşdirmə cəhdinə boyun əyməyəcəyəm”.








