Əsas məzmuna keç

“VAKSİNASİYA MƏCBURİ DEYİL, AMMA…” – PREZİDENTİN KÖMƏKÇİSİ

“Vaksinasiya məcburi deyil. Operativ Qərargah tərəfindən vaksinasiyanın icbari olması barədə məsələ qoyulmayıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bununla yanaşı, bir çox sahədə icbarilik var: “Məsələn, həkimlərin bilavasitə “qırmızı zona”da olmasına görə orada icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb”.
 
E.ŞİRİNOV
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın