Polis əməkdaşları valideynləri etiraz etsələr belə, uşaqları təxliyə edə biləcəklər
Ukrayna Ali Radası valideynlərin razılığı olmadan uşaqların məcburi təxliyəsi haqqında qanun layihəsini qəbul edib.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli strana.ua nəşri Daxili İşlər nazirinin müavini Boqdan Drapyatyya istinadən məlumat yayıb.
“Rada valideynlərin razılığı olmadan uşaqların aktiv döyüş bölgələrindən məcburi təxliyəsinə səs verib”, – deyə məlumatda bildirilir.
Nəşrdə aydınlaşdırılıb ki, valideynləri təxliyədən imtina etsələr belə, polis əməkdaşları uşaqları götürə biləcəklər.
E.ŞİRİNOV







