Vaqif İslam oğlu Məmmədov 28 dekabr 1949-cu ildə Ağdam şəhərində anadan olmuşdur. 1957-1967 illərdə Ağdam şəhər 5 nömrəli orta məktəbdə oxumuşdur. 1960-1964 illərdə Cabbar Qaryağdıoğlu adına Ağdam şəhər 1 nömrəli uşaq musiqi məktəbinin (indiki Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq Musiqi Məktəbi) qarmon şöbəsində təhsil almışdır. 1968-1970 illərdə hərbi xidmətdə olmuşdur. 1971-1975 illərdə Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinin (indiki Ağdam Musiqi Kolleci) qarmon şöbəsində təhsil almışdır.
Vaqif Məmmədov 7 yaşından qarmon çalmağa başlamışdır. Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində oxuduğu illərdə 1977-ci ilə kimi Qurban Pirimov adına Ağdam şəhər 1 nömrəli uşaq musiqi məktəbində dərs demişdir. Cabbar Qaryağdıoğlu adına Ağdam şəhər 1 nömrəli uşaq musiqi məktəbinin qarmon müəllimi (1977-1980), Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinin qarmon müəllimi (1980-1993) vəzifəsində çalışmışdır.
Məlum hadisələrdən sonra pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, 1993-2013 illərdəAğdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq Musiqi Məktəbinin (keçmiş adı Cabbar Qaryağdıoğlu adına Ağdam şəhər 1 nömrəli uşaq musiqi məktəbi) qarmon müəllimi işləmişdir. O, hazırda təqaüddədir.
Vaqif Məmmədov haqqında Azərbaycan Dövlət Televiziyası tərəfindən 2006-cı ildə Rübabə Səməndərin ssenari müəllifliyi, Mikayıl Əjdəroğlunun rejissorluğu ilə “Usta Vaqif”, 2009-cu ildə Fəxrəddin Hacıbəylinin ssenari müəllifliyi, Kəmalə Əliverdiqızının rejissorluğu ilə “Qarmon ustası Vaqif Agdamlı” adlı 2 sənədli film çəkilmişdir. Bax: Orxan Zakiroğlu (Baharlı). Ağdamda təhsil (1883-1993).
Allah yaxşılara dəyməsin!
TAİSA