Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan Rusiya ilə birləşmək zərurəti barədə dediklərinə görə ittiham olunub.
Tezadlar.az bildirir ki, bu barədə onun vəkili Zarui Postancyan Facebook-da məlumat verib.
Onun sözlərinə görə, Qukasyanın bəyanatı Ermənistanın suverenliyindən imtina çağırışı kimi şərh edilib. Postancyan vəziyyəti siyasi təqib adlandırıb. Vəkil əmin edib ki, mer dəfələrlə onun təklifinin yalnız Ermənistanın müstəqil dövlətçiliyi qorunub saxlanıldığı təqdirdə həyata keçirilə biləcəyini vurğulayıb.
Postancyan Qukasyanın hüquqlarını müdafiə etmək niyyətindədir və ədaləti bərpa etməyə çalışır.
Gümrü meri 10.000 dollar rüşvət almaqda ittiham olunur. Onun vəkili Zaruhi Postancyan təhlükəsizlik qüvvələrinin ona qarşı qeyri-insani rəftarını belə təsvir edib: Qukasyana diabet xəstəsi olmasına baxmayaraq, iki gün ardıcıl olaraq yemək verilməyib.
E.ŞİRİNOV

