Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2026 / 15:02

Vardanyanın arvadı Bakıya gəlir- SƏBƏB

Sosial mediada və Ermənistan KİV-lərində yazılanlardan bəlli olur ki, erməni milyarder, Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend yeni və kifayət qədər həssas bir təşəbbüslə çıxış edib. O bildirib ki, yaxın həftələrdə Bakıya beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyəti gətirməyi planlaşdırır. Məqsəd Azərbaycanda saxlanılan erməni əsilli məhbuslarla görüşmək, onların vəziyyətini yerində öyrənmək və ailələri ilə əlaqəni bərpa etməkdir. Jurnalist E.Həsənli də bu barədə yazır: “…Budur, Zonabend açıq deyir: Onun həyat yoldaşı 2023-cü ildən Azərbaycanda saxlanılır. Təkcə o deyil — daha 18 erməni əsilli məhbus var….”. Onun iddiasına görə, bəziləri illərlə ailələri ilə əlaqə qura bilməyib, məktub ala bilməyib, hətta yaxınlarının səsini eşitməyib. Ən kritik məqam isə budur: Zonabend birbaşa Azərbaycana müraciət edir. O, rəsmi Bakını bu nümayəndə heyətinin səfərinə icazə verməyə, məhbuslarla görüş təşkil etməyə, ailələrdən göndərilən məktub və bağlamaların çatdırılmasına şərait yaratmağa çağırır. Bu artıq təkcə fərdi müraciət deyil. Bu, beynəlxalq diqqət cəlb etməyə hesablanmış addımdır. Humanitar təşəbbüs kimi təqdim olunur. Amma siyasi nəticələri qaçılmazdır. İndi əsas sual budur:
-Bakı bu çağırışa necə cavab verəcək? Qapını açacaq? Yoxsa, bu məsələ siyasi müstəvidə saxlanacaq? Çünki bu addım baş tutarsa, bu artıq sadəcə bir səfər olmayacaq. Bu, həm də beynəlxalq müşahidə və təzyiq mexanizminin başlanğıcı ola bilər…”.
Bəli, Vardanyanın arvadı QHT rəhbəri kimi guya Bakıda saxlanılan erməni separatçı məhbuslara baş çəkməyə gəlir… Amma və lakin… Onların Qarabağda törətdiyi əməllərdən və hərbi cinayətlərindən xəbərsizdirmi??? Qarabağda tökülən qanlar, soyqırım, dağıntı və viranəlik bu nadürüstlərin adında qalır…
İnanırıq ki, rəsmi Bakı bu tip səfərə icazə verə bilməz… Səbəbini yuxarıda dedik…
Asif MƏRZİLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!