Ötən qızı Zəhra Mehdiyeva idarə etdiyi motoskletlə ağır yol qəzasına düşərək həyatını itirmiş tanınmış vəkil Fərhad Mehdiyev valideynlərə müraciət edib. Tezadlar.az xatırladır ki, F.Mehdiyevin müraciətində deyilir:
“Valideyinlərə, xüsusilə atalara tövsiyyələrim var, bunları nəzərə alın ki, həyat sizi yandırmasın. Son 2 ildir ki mən qızımın tərbiyyəsinə ciddi qarışmırdım, – reklam çəkib pul qazanırdı, hətta mənə “ata bloqqerlər vəkillərdən çox pul qazanır” deyirdi. Bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim. Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi.
Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə “pis ata”, lap “abyuser” desinlər; səbrlə uşaqlarınızı 23- 25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin. Siz onlara nəzarət etməsəniz – “öz həyatım var, işlərim çoxdur” deyə, bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz.
Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funskiya və borcudur.
Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur…”.
F.Mehdiyev sonda artıq həyatda olmayan qızına müraciət edir: “…Gözəl Zəhram!.. Bilmirəm nə deyim.
O, bunları oxumur, amma onsuz çox pisəm. Mənə yazıb halımı soruşmayın. Cavab berə bilmirəm. Uşaqlarınızı və doğmalarınızı byke (oxu: motosklet) sürməyə qoymayın.
Sevdiklərinizlə daha çox vaxt keçirin. Onları qara torpaq bağrına basmadan, siz bağrınıza basın”.
Sitatın sonu…