Əsas məzmuna keç

Vəkilin peşə fəaliyyətini həyata keçirərkən qarşılaşdığı çətinliklərlə bağlı təlim keçirilib

Bu ilin mart ayının 15-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkilin peşə fəaliyyətini həyata keçirərkən qarşılaşdığı etik çətinliklər və onların aradan qaldırılması yolları” mövzusunda distant qaydada təlim keçirilib. Təlimdə iştirak edən vəkil Araz Nurməmmədov “Təzadlar”a bildirib ki, təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib. Təlimin əsas hissəsində Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov vəkil təcrübəsində etik dilemmalar, ümumi etik problemlər, mövcud məsələnin cəmiyyətə təsiri və digər müxtəlif məsələlər ilə bağlı geniş müzakirələr aparıb. Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb…
 Qeyd edək ki, təlimdə 38 vəkil iştirak edib.
Elçin MƏMMƏDLİ
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…