10 Noyabr 2025 / 09:38

Venera səthinə eniş niyə çətindir?

 Veneraya eniş bəşəriyyətin qarşısında duran ən çətin missiyalardan biridir.
Bu, sadəcə isti bir planet deyil, sanki metal sobanın içinə kosmik aparat göndərmək kimidir. Səbəblər:
1. İstilik: Venerada temperatur təxminən 475°C-dir. Bu, qurğuşunu belə əridəcək qədər istidir!
Yəni orada aparat dəqiqələr ğrzində qızarıb sıradan çıxır.
2. Təzyiqin gücü: Planetin səthindəki hava təzyiqi Yerdəkindən 90 dəfə çoxdur, sanki dərin okean dibində olmaq kimi. Kosmik aparat orada demək olar ki, əzilir.
3.Zəhərli atmosfer: Veneranın havası əsasən karbon qazı və sulfat turşusu buludlarından ibarətdir. Yəni orada nə nəfəs almaq, nə də normal görünüş var.
4. Daima ildırım və bulud: Səmanın üstündə daimi fırtınalar və ildırımlar çaxır. Günəş işığı səthə güclə çatır.
5. Əlaqə problemi: Qalın atmosfer radiosiqnalları zəiflədir, ona görə də Yerə məlumat göndərmək çox çətin olur.
Sovet “Venera” aparatları buradə cəmi 2 saat yaşaya” bilmişdi və bu, hələ də kosmos tədqiqatlarının ən heyrətamiz uğurlarından sayılır.
NAZİM
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!