Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Dekabr 2025 / 10:17

Venesuela Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu təsdiqləyən qanunun ləğvinə səs verdi

Parlamentin fikrincə, Milli Assambleyanın qərarı dünyaya Beynəlxalq Cinayət Məhkəməsi institutunun faydasızlığını nümayiş etdirməyin bir yoludur

11 dekabrda Venesuela Parlamenti BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu təsdiqləyən qanunu ləğv etmək üçün səs verib.

Tezadlar.az-ın məlumatına görə, parlamentin Telegram kanalında bildirilir ki, “Milli Assambleya BCM-in Roma Statutunu təsdiqləyən qanunun ləğvini təsdiqlədi”.

Milli Assambleyanın spikeri Xorxe Rodrigez bildirib ki, bu qərar xalqları qorumalı olan, lakin “Amerika imperializminin məqsədlərinə xidmət edən” bir qurumun faydasızlığını dünyaya nümayiş etdirmək üçün verilib.

Roma Statutusu, ən ağır cinayətlər törətmiş şəxsləri – soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və digərlərini mühakimə etmək üçün Haaqada tribunal yaradan BCM tərəfindən yaradılmış beynəlxalq müqavilədir.

Həmin günün əvvəlində Rusiya prezidenti Vladimir Putin ABŞ-dan Karakas şəhərinə təhdidlər fonunda Venesuela lideri Nikolas Maduro ilə telefon danışığı aparıb.

Xatırladaq ki, ABŞ Venesuela sahillərində sürət gəmilərini məhv etmək üçün dəfələrlə silahlı qüvvələrindən istifadə edib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, bu əməliyyatlar transmilli cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizənin bir hissəsi olaraq həyata keçirilir. Venesuela lideri Nikolas Maduro ABŞ-ı “Venesuela, Cənubi Amerika və Karib dənizi xalqlarına qarşı müharibə” başlatmağa cəhddə günahlandırıb.

24 oktyabrda ABŞ prezidenti Donald Tramp Venesuelada “kokain istehsalı müəssisələrinə və narkotik qaçaqmalçılığı marşrutlarına” hücum ssenarilərini müzakirə edbi. 19 noyabrda Trampın Venesuelada gizli əməliyyatlar aparmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin planlarını təsdiqlədiyi bildirilib. 23 noyabrda “The Washington Post” qəzeti ABŞ-ın Maduronu devirmək və Venesuelanın neft ehtiyatlarına nəzarət etmək barədə müzakirələr apardığını bildirib.

30 noyabrda Tramp Venesuela hava məkanının bağlandığını elan etdi. Elə həmin gün “Reuters” agentliyi Venesuelanın mümkün ABŞ hücumuna cavab hazırladığını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!