Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Venesuelada baş verənlər Tbilisinin qonşu ölkələrlə münasibətləri ilə bağlı xəbərdarlıq olmalıdır.
Tezadlar.az bildirir ki, POSTV televiziya kanalının verdiyi məlumata görə, bunu Birləşmiş Neytral Gürcüstan Partiyasının icraçı katibi Vaxtanq Şakarişvili bildirib.
“Gürcüstan Venesuelada baş verənlərə başqa bir dərs kimi baxmalıdır. Əgər böyük və güclü qonşunuz varsa, özünüzü onun düşmənlərinin düşərgəsində hipotetik xarici dəstəyə güvənərək tapa bilməzsiniz”, – deyə siyasətçi bildirib.
O, Ukraynanın artıq dağıdıcı bir münaqişəyə qarışdığını, Gürcüstan üçün isə 2008-ci ildəki oxşar siyasətin silahlı münaqişəyə və ərazisinin bir hissəsi üzərində nəzarətin itirilməsinə səbəb olduğunu aydınlaşdırıb. Son hadisələr və digər ölkələrin nümunələri fonunda Şakarişvili Gürcüstanın neytrallığına nail olmaq üçün səy göstərməyə çağırıb.
E.ŞİRİNOV