Vens Trampın İrana zərbə endirmək planlarından danışıb

Amerika lideri Donald Tramp İranla münaqişəni diplomatiya yolu ilə həll etməyə çalışacaq, lakin danışıqlar dalana dirənərsə, o, İranın nüvə silahı probleminin həllində qətiyyət göstərməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens Fox News telekanalına müsahibəsində deyib.

“Prezident Tramp dəfələrlə bildirib ki, İranla münaqişənin həllində mümkün olduğu qədər diplomatik üsullara sadiq qalacaq. Və diplomatiyanın tamamilə tükəndiyini və əlavə danışıqların bizə heç nə vermədiyinə qərar verən kimi, İranın nüvə proqramını dayandırmaq üçün lazım olan hər şeyi edəcək”, – vitse-prezident vurğulayıb.

J.D.Vens ABŞ-ın Tehrana qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı ilə bağlı yekun qərarı Trampın verəcəyinə diqqət çəkib, lakin “qərar vermək üçün son tarix var”. Eyni zamanda, onun sözlərinə görə, Ağ Ev rəhbəri danışıqlara “bir az daha çox vaxt” ayırmaq və diplomatiyanın münaqişəni həll edə biləcəyini görmək istəyir.

Bir müddət əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis bildirmişdi ki, Trampın İranla münaqişəyə cəlb olunması ilə bağlı qərarın verilməsinin iki həftəyə ehtiyac olması barədə sözləri Tehranın sayıqlığını boğmağa yönəlmiş “hiyləgər hiylə” ola bilər.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul