Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycana səfər etdiyim üçün çox şadam.
Tezadlar.az-ın xəbərinə görə, bunu Azərbaycana səfərini başa vuran ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens aeroportda jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycan Prezidenti ilə bir sıra əhəmiyyətli məsələləri müzakirə etdiyini diqqətə çatdırıb.
Vens ABŞ prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə əvəzinə əmin-amanlığın olacağına, ticarətin aparılacağına diqqət çəkib.
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırıb və bunun üçün Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycan Prezidentini nüfuzlu dünya lideri adlandıran Vens dövlət başçısı ilə regional və qlobal məsələləri, eyni zamanda, terrorla mübarizəni müzakirə etdiyini vurğulayıb.
“Beləliklə, bu, əla bir səfər idi”, – Vens əlavə edib.