Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 11:42

Vətəndaşlar bu üsullarla kiberdələduzların toruna düşür…

İnternetdə ehtiyatsızlıq zərər vurur. Çünki şəxsi məlumatların ələ keçirilməsi kiber cinayətlərin törədilməsinə zəmin yaradır.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Aprelin 30-da vətəndaşların bank kartlarından 30716 manat talayıblar. Müxtəlif kiber üsulla 13665, 5000, 3000, 2498, 1800, 1440, 1000, 999, 500, 350, 224, 98, 72, 70 manat pul vəsaitləri vətəndaşların bank kartlarından oğurlanıb.
Məsələn, vətəndaş “Lalafo” satış saytında palma ağaclarını satışa qoyub. Rusiya nömrəsindən vatsapla zəng olub, beh ödənişinə görə kart məlumatları öyrənildikdən sonra kredit formasında 13665 manat çıxarılıb. Başqa biri viza almaq məqsədilə “Instagram”da olan saxta səhifələrdən birinə yazır. Ona cavab gəlir ki, bank hesabınızda olan vəsaiti təsdiq üçün yoxlamalıyıq, məlumatları təqdim edin. Bakıda olan vətəndaş Hollandiyadan gələn vatsap zəngi ilə danışığı davam etdirir və bank kartının məxfi məlumatlarını ona göndərən kimi hesabından 3000 manat oğurlanıb”, – deyib.
Elşad Hacıyev ” “Kontakt home”un adına bənzər yaradılmış saxta sayt vasitəsilə vətəndaşın 2498 manatını talayıblar. Instagramdakı səhifədən sayta keçid edib, Iphone 14 pro max-ın endirimdə olduğunu görüb, ödəniş üçün kart məlumatlarını yazıb. Bu yolla pulu talanıb”, – deyə əlavə edib.
Xatırladaq ki, aprelin 29-da 21 fakt üzrə ayrı-ayrı vətəndaşların bank kartlarından 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul oğurlanıb – ümumilikdə 36051 manat.
Aprelin 28-də isə vətəndaşların 12329 manat pulu kiber üsulla oğurlanıb.
Kiberdələduzluq faktları hər gün var – az, ya çox…
Hər gün vətəndaşların kartlarından pul oğurlanır, həm də bir növ özlərinin “əli ilə”. Halbuki bu barədə DİN-də xəbərdarlıq edir, KİV-də də yetəri qədər maarifləndirmə aparılır. Hələ ki, faydası yoxdur…
Jasmin
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!