7 Noyabr 2025 / 11:20

Vilnüs Minskini yük maşınlarını Litvaya buraxmaqdan imtina etməkdə günahlandırdı

Minsk Vilnüsün Belarusda qalmış Litva yük maşınlarının Litvaya buraxılması ilə bağlı tələbini rədd etdi.

Tezadlar.az bildirir ki, bu barədə BNS xəbər agentliyi Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Mindauqas Bajarunasa istinadən məlumat verib.

“Müzakirə yalnız Litva yük maşınlarının Şalçininkay regional mərkəzindəki keçid məntəqəsindən keçərək evə qayıtmasına icazə verməklə bağlı idi”, – Bajarunas mövcud vəziyyət barədə danışarkən aydınlıq gətirib. Lakin o, Minskin niyə bu tələbi rədd etdiyini açıqlamayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!