Azərbaycanın voleybol yığmaları bu gün növbəti oyunlarına çıxacaqlar.
Tezadlar.az xəbər verir ki, qadınlardan ibarət milli Qızıl Avropa Liqasında Xorvatiya ilə qarşılaşacaq.
Zadar şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Komanda daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə məğlub olub.
Kişilərdən ibarət yığma isə Gümüş Avropa Liqasında Lüksemburqu sınağa çəkəcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da başlayacaq. Daha öncə İsveçə 0:3 hesabı ilə uduzan milli Gürcüstan seçməsini üstələyib – 3:0.
RÖVŞANƏ