Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya hava hücumundan müdafiə sistemləri Volqoqrad vilayəti üzərində daha dörd Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın 8-də Moskva vaxtı ilə saat 07:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb. Volqoqrad vilayətinin ərazisi üzərində növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 4 pilotsuz uçuş aparatı məhv edilib”, – departament qeyd edib.
Regionun qubernatoru Andrey Boçarov bildirib ki, pilotsuz təyyarələr vilayətin Qorodişenski rayonunda məhv edilib.
“Sakinlərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülüb. Tələfat və dağıntı yoxdur”, – onun sözləri Volqoqrad vilayəti administrasiyasının Telegram kanalında sitat gətirilib.
E.ŞİRİNOV