Az əvvəl Voronejdə də partlayışlar baş verib… Belə ki, “Astra” və Ukraynanın “Exilenova+” monitorinq layihəsinin dərc etdiyi foto və videolardan göründüyü kimi, Ukrayna dronlarının hücumu səbəbindən şəhərdə tüstülənmə başlayıb. Tezadlar.az xatırladır ki, “Baza” nəşri Voronejə raketlərlə hücum edildiyini qeyd edib. “Z-blogger” Yuri Kotenok isə söhbətin “Storm Shadow” raketlərindən getdiyini əlavə edib. “Exilenova+” layihəsi zərbənin müdafiə müəssisəsinə — xüsusilə raketlər üçün hissələr istehsal edən “Voronej Yarımkeçirici Cihazlar Zavodu”na endirildiyini bəyan edib.
Beləliklə, sutka ərzində Rusiyanın əsas sənaye şəhərləri Ukraynanın dron zərbələrindən yanır, Moskva aeroportları isə faktiki olaraq fəaliyyətini dayandırıb.
Putinə bunlar lazımdırmı???
SƏBUHİ