15 Noyabr 2025 / 10:25

Vüqar Bayramov Amerikanın ən nüfuzlu universitetlərindən birinin fakültə rəhbəri ilə görüşüb – FOTO

Amerika Birləşmiş Ştatlarında reytinqinə görə ikinci ən güclü məktəb olan Vaşinqton Universitetinin Sosial İş fakultəsinin dekanı xanım Dorian Traube ilə görüşümüzdə sosial sahədə həyata keçirilən qlobal və milli təcrübələr barədə müzakirələr apardıq.
Tezadlar.az  xəbər verir ki, bu sözləri  iqtisadçı deputat  Vüqar Bayramov sosial media hesabında bildirib.
“Daha çox Azərbaycanlı tələbənin dünyanın ən güclü fakultələrindən birində oxumaq imkanları da müzakirə edildi. Vaşinqtion Universiteti Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramı çərçivəsində bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Bu sahədə konkret addımların atılması da müzakirə mövzusu oldu.
Vaşinqton Universitetinin professoru Aytəkin Hüseynli, Qazaxıstanın Sosial İş Assosiyasasının sədri Dinara Yessimova da regional islahatlar və potensial imkanlar barədə fikrilərini bölüşdülər. Vaşinqton Universiteti bu sahədə regionun profil qurumları və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır”, – deyə deputat qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!