Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) qəbul qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu təşkil olunub.
DMX-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, qəbul xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən həyata keçirilib.
Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib.
Qeyd edək ki, qəbul prosesində həmçinin dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində qalibi Şahlar Məmmədov da iştirak edib. Müsabiqə qalibinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.
RÖVŞANƏ