Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Meta” şirkəti tərəfindən yaradılan süni zəka – Meta AI, artıqWhatsApp-a inteqrasiya olunmağa başlayıb. Yeni xüsusiyyətləri stifadəçilərə mesajlarla daha ağıllı və interaktiv şəkildə işləməyə imkan verir. Hazırda ABŞ-da test mərhələsində olan funksiyalardan biri — oxunmamış mesajların xülasəsidir. Uzun çatları açmadan Meta AI avtomatik olaraq ən vacib məqamları seçib təqdim edir. Bu, xüsusilə qruplarda çoxlu mesaj alanlar üçün böyük rahatlıq yaradır. Yaxın gələcəkdə istifadəçilər WhatsApp-da Meta AI ilə birbaşa danışa biləcək, suallar verəcək, məlumat axtaracaq və hətta gündəlik işlərini planlaya biləcəklər. Bu, süni zəkanın artı qyalnız köməkçi yox, həm də söhbət yoldaşına çevriləcəyini göstərir.
“Meta” bildirir ki, bütün bu funksiyalar gizlilik qorunaraq cihazda həyata keçiriləcək – yəni şəxsi mesajlar Meta serverlərinə ötürülməyəcək.
Yeni dövr başlayır – WhatsApp-da təkcə insanlarla deyil, süni zəka ilə də danışacağımız zaman çox yaxındadır.
Kəmalə VƏLİYEVA