Əsas məzmuna keç

XƏSTƏ TƏCİLİ YARDIM HƏKİMLƏRİNİ GİROV GÖTÜRDÜ

Kamçatka sakini zəngə cavab vermək üçün mənzilinə gələn feldşer və təcili tibbi yardım bacısını girov götürüb. Tapançaya oxşayan əşya ilə hədələyən şəxs həkimləri 1 saata yaxın mənzildən buraxmayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Təcavüzkar şəxs özünü təcili yardım işçiləri ilə birlikdə otaqlardan birinə bağlayıb.

“Qadınlar təcili yardım sürücüsünə mesaj yazmaq fürsəti tapdılar və o, polisə müraciət etdi”, – İrina Volk deyib.

Polis Milli Qvardiya ilə birlikdə mənzilin qapısını sındıraraq içəridəki şəxsi zərərsizləşdirib və həkimləri azad edib.

Məlum olub ki, 44 yaşlı kişi əvvəllər məhkum olunub. O, saxlanılaraq təcridxanaya yerləşdirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…