Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə 3 nəfərin batması barədə ilkin məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.
R.XUDATQIZI