Əsas məzmuna keç

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralananlar var

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə avqustun 31-i gecə saatlarında yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…