Xalq artisti Murad Adıgözəlzadə baba olub.
Tezadlar.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub.
Xatırladaq ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə ilə olub. Cütlük bir müddət əvvəl boşanıb. Onların bu nikahdan 3 övladı var.
Qeyd edək ki, Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir.
Bununla bağlı bir müddət əvvəl Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. O bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, sənətçinin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.







