Əsas məzmuna keç

Xalq artisti Elmira Rəhimovanın səhhəti pisləşdi-SON DƏQİQƏ

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib. Tezadlar.az xatırladır ki, alq artistinin oğlu bu barədə məlumat verib Və bildirib ki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.? Sitat: “Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var”. Xəstəxanadan isə bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib: “Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…