Əsas məzmuna keç

Xalq artisti Ramiz Quliyev vəfat etdi

Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib. Bu barədə tezadlar.az- a tarzənin oğlu Əyyub Quliyev məlumat verdi.

Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

Qeyd: Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. 1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. O, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…