26 Fevral 2026 / 10:43

Xalq artistinin evi öldüyü gün qarət olunub…

Mərhum Xalq artisti, rəqqasə Roza Cəlilovanın nəvəsi  Lalə Aslanur sosial şəbəkədə paylaşdığı videoda onun evinin qarət olunduğunu bildirib.

Tezadlar.az  xəbər verir ki, Lalə hadisənin rəqqasə vəfat edən gün yaşandığını deyib. O bildirib ki, R.Cəlilovanın bacısısı qızı öz övladı ilə birlikdə rəqqasənin evinə daxil olub və hər şeyi götürüb.

Onun sözlərinə görə, Cəlilovanın bacısı qızı Yeganə Aslanova qızı ilə birlikdə evə daxil olaraq Prezident tərəfindən verilmiş diplom və ordenləri, Mədəniyyət Nazirliyinin mükafatlarını, bank kartlarını və pul vəsaitini götürüb. Lalə Aslanur iddia edir ki, həmin şəxslər saxta sənədlərlə dövlət qurumlarını da aldadıblar:

“Roza Cəlilovanın hüquqi varisi olan oğul nəvəsi kimi nənəmin vəfatından sui istifadə edib, oğurluq törədən şəxslər barəsində məlumat vermək istəyirəm. Nənəm vəfat edəndə onun yaxınlığında qalan bacısı qızı Yeganə Aslanova qızı Lenay Seidəlizadə ilə bərabər nənəmin evinə gəlib. Polis və Təcili tibbi yardım əməkdaşları onun oğlunun olub-olmadığını soruşarkən, yalandan deyiblər ki oğlu yoxdur. Atam haqqında xoşagəlməz ifadələr işlədiblər. Yeganə nənəmin nəşini Təzə Pir məscidinə aparıb qoyub və tez evə qayıdıblar. Evi qarət ediblər: Nənəmin Prezidentin verdiyi bütün dilpomlarını, ordenlərini, mədəniyyət nazirinin verdiyi mükafatları, bank kartlarını, pul vəsaitini götürüblər. Sonra gəlib yas mərasiminə qatılıblar. Həmin şəxslər saxta sənədlərlə 5 dövlət qurumunu aldadıb”.

Lalə həmçinin bildirib ki, Roza Cəlilova sağlığında da qızıllarının oğurlanması ilə bağlı Yeganə Aslanovadan polisə şikayət etmişdi.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!