Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Sentyabr 2025 / 18:33

“Xalqlar dostluğu” stansiyasında qatarda nasazlıq yarandı

Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb.

Bu barədə Tezadlar.az-a”Bakı Metropoliteni”ndən bildirilib.

Qeyd edilib ki, bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.

Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddətdə interval bərpa olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!