İranın ali dini lideri Ayətullah Əli Xameneyi İsraillə hərbi münaqişənin yeni mərhələsinin başladığını elan edib. Tezadlar.az TRT- Haber- ə istinadla bildirir ki, Ə.Xamenei bu barədə “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Heydər adına döyüş başlayır. Əli Zülfüqar qılıncı ilə Xeybərə qayıdır. Biz terrorçu sionist rejimə sərt cavab verməliyik. Sionistlərə rəhm etməyəcəyik”.
Qeyd edək ki, ötən gecə ərzində İran Silahlı Qüvvələri Təl-Əviv və Hayfa şəhərlərinə raket zərbələri endirib. Raket zərbələri nəticəsində azı 100 nəfərin xəstəxanalara yerləşdirildiyi bildirilir.







