7 Noyabr 2025 / 22:57

Xanəndə Maya Cəbrayılova Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramı şərəfinə xeyriyyə konserti verdi

Tanınmış muğam ifaçısı, sevilən xanəndə Maya Cəbrayılovanın Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına həsr olunmuş hesabat və xeyriyyə konserti düzənləndi. Tarix elmləri doktoru Lətifə Məmmədovanın təqdimatı ilə tamaşaçılara gözəl muğam ifaları təqdim edildi.

Xeyriyyə konsertində xanəndənin sənət yoldaşları, pərəstişkarları və ailə üzvləri iştirak edirdi. Xanəndənin bir- birini tamamlayan gözəl ifası və məlahətli səsi alqışlarla qarşılanırdı.

Konsertin sonunda səsində muğama dərin hörmətin ifadəsi olan xanəndəyə ayrı- ayrı qurumların, eləcə də Bakı şəhər Mədəniyyət İdarəsinin Fəxri mükafatları təqdim edildi.

Jurnalist Asif Mərzili isə “Təzadlar”qəzetinin Redaksiya Heyəti adından xanəndəyə Fəxri Diplom və gül dəstəsi təqdim etdi.

Rövşanə

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!