Xanım bir gözünü itirmiş hərbçiyə xəstəxanada ərə getdi- İNANILMAZ

Oxunma sayı: 27

Həyatda belə də olur: Bir qadına əri ağ tülpan hədiyyə edib. Qadın da gülün şəklini “bir qucaq süpürgə” adı ilə sosial şəbəkələrdə paylaşıb…

Fərqli bir hadisə isə Ukraynada baş verib: Ukrayna-Rusiya müharibəsində bir gözünü itirmiş, ayağından ağır yaralanan Mixail adlı hərbçi sevgilisinə evlilik təklif edib. Xanım onu palatada qarşılayıb və 8 mart günü onların xəstəxanada evlilik qərarı baş tutub. 
Beləliklə, Nəcəf Zsgərzadə adlı sosial platforma istifadəçisi bu iki hadisəyə belə bir qiymət verib: “Bir qadın ərinin ona qarşı olan incəliyini ayaqlar altına alır… Digər qadın isə aşiq olduğu insanın, sadəcə, yanında olmasına sevinir…”.

Həyatın fəlsəfəsi də elə budur ki var…

A.Məmmədli

Xəbəri paylaş

22 Aprel