Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 16:26

Xanımı evi tərk edən sosial media fenomeni Altunbaş uşaqlarını və özünü öldürüb

Türkiyədə iki uşağı ilə birlikdə evində ölü tapılan Sergen Altunbaşın ölümü şok effekti yaradıb.

Belə ki, Adanada aralarındakı mübahisədən sonra həyat yoldaşı evə qayıtmaqdan imtina edən Sergen Altunbaşın 8 yaşlı qızı Adanı və 6 yaşlı oğlu Merti intihar etməzdən əvvəl öldürdüyü deyilir.

Onun villasının həyətindəki avtomobili də yandırılıb.

Tezadlar.az xəbər verir ki, Adananın Sarıçam rayonunun Boynuyoğun məhəlləsindəki bir villada üç ailə üzvünün ölümü bütün ölkəni sarsıdıb. Ailə başçısı Sergen Altunbaş bir müddət əvvəl ailəsi ilə birlikdə Amerikaya köçən sosial media fenomenidir. Sergen Altunbaş sosial media hesabında tez-tez “ABŞ-dan viza necə alınır?” mövzusunda videolar paylaşırmış.

Viza məsləhət xidmətləri göstərməsi ilə də tanınan Sergen Altunbaş və ailəsinin başına gələn hadisə sosial mediada müzakirə mövzusuna çevrilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!