Əsas məzmuna keç

XANKƏNDİDƏ SİLAH- SURSAT AŞKARLANDI – DRONLAR, RABİTƏ VASİTƏLƏRİ…

Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 6-da Xankəndi şəhəri ərazisindən 3 ədəd dron, 4 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara, 3 ədəd alışdırıcı, 26 ədəd rabitə vasitəsi, 126 patron darağı, 960 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb”, – məlumatda deyilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…