Əsas məzmuna keç

XANKƏNDİDƏ İTKİN DÜŞƏN RUSİYA VƏTƏNDAŞININ MEYİTİ TAPILIB

Xəbər verildiyi kimi, Xankəndidə Rusiya vətəndaşı itkin düşmüşdü.

Bir neçə gün əvvəl, mayın 9-da Xankəndidə yaşayan Olqa Sannikovanın itkin düşdüyü bildirilirdi. 

Rusiya vətəndaşı Olqa Sannikovanın meyiti artıq tapılıb.

Mayın 14-də, saat 13:30-da axtarış-xilasetmə əməliyyatları nəticəsində itkin düşənin meyiti Qarqar çayından tapılıb.

Məhkəmə-tibbi ekspertizası təyin edilib. Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…