Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə “Azərbaycan universitetləri” səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçməsi və elə həmin gün də Bakıya qayıtması ilə bağlı paylaşıma belə bir rəy yazıb: “Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!”.
Müəllimə fədakar ola bilər, amma bu fədakarlığı onun fiziki imkanlarını sıfırlama həddinədək yükləmək də olmaz… Əksinə, aydınlaşdırmaq lazımdır ki, niyə o müəllimə qalıb orda rahat işləmək istəmir? Yaxud, onu əvəz edəcək başqa müəllim yoxdurmu?
Bakıdan Xankəndiyə faktiki qışın bu soyuğunda-yağışında, bir azdan qarında… 380 km məsafəni ən tezi 5 saata gedib 5 saata da qayıtmaq bilirsiz nədir? Deməli, günün 10 saatını yolda keçirt, 5-6 saat da dərs de, qalıq sutkanın 8 saatı. Bakıya çatanda isə bu 8 saatın minimum 2 saatını tıxaca çıx, gedəndə də 2 saatı itir. Qalır 4 saat! Bunun da 1 saatını yeməyə çıx… Cənab nazir müəllimənin 3 saat yatmasını necə qiymətləndirir??? Bax sual budur!
A.Məmmədli