Əsas məzmuna keç

XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ AXTARIŞ APARILIB

Polis İsrail Xarici İşlər Nazirliyinin Qüdsdə yerləşən qərargahında axtarışlar aparıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin Kore agentliyi ölkə polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Axtarış icazəsiz şəxslərə diplomatik pasportların verilməsi ilə bağlı gizli araşdırmanın tərkib hissəsi olub.

Baş verənlərin təfərrüatları açıqlanmır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…