XARİCİ KƏŞFİYYAT XİDMƏTİ UKRAYNADAKI MÜNAQİŞƏNİN DONDURULMASINI RƏDD EDİB

Rusiya Ukraynadakı münaqişənin “dondurulmasına” qəti şəkildə imkan vermir.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin bildirib.

O, bu barədə Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşündən sonra bildirib.

Narışkin əlavə edib ki, “dondurma” haqda söhbətlər ancaq Qərbdə gedir. Bu, Rusiyanın döyüş meydanında təşəbbüsə tam nəzarət etməsi ilə bağlıdır.

E.ŞİRİNOV

Xəbəri paylaş

15 İyul