Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Naxçıvan Baş Gömrük İdarəsinin Rəşmiləşdirmə mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” mövzusunda görüş keçirilib.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi və ləğvi, hüquqların və öhdəliklərin digər şəxslərə ötürülməsi, bu prosedur altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarətinin aparılması ilə bağlı ətraflı məlumat verilib.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.